Pis əməllərdən çəkindirməmək
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىَّ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ اللَّهَ لَيَسْأَلُ الْعَبْدَ يَوْمَ الْقِيَامَةِ حَتَّى يَقُولَ مَا مَنَعَكَ إِذْ رَأَيْتَ الْمُنْكَرَ أَنْ تُنْكِرَهُ فَإِذَا لَقَّنَ اللَّهُ عَبْدًا حُجَّتَهُ قَالَ يَا رَبِّ رَجَوْتُكَ وَفَرِقْتُ مِنَ النَّاسِ»
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Qiyamət günü Allah qulu sorğu-sual edəcək, hətta belə buyuracaq: “Günah gördükdə onu inkar etməyə sənə nə mane oldu?” Allah qula dəlilini təlqin etdikdə o, deyəcək: “Ey Rəbbim! İnsanlardan qorxub, ümidimi Sənə bağladım!”[1]
[1] İbn Macə, 4017, 4153. əl-Albani səhih olduğunu bildirmişdir.