Allahın qulunu sevməsi

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ: «إِنَّ اللَّهَ إِذَا أَحَبَّ عَبْدًا دَعَا جِبْرِيلَ فَقَالَ إِنِّى أُحِبُّ فُلاَنًا فَأَحِبَّهُ - قَالَ - فَيُحِبُّهُ جِبْرِيلُ ثُمَّ يُنَادِى فِى السَّمَاءِ فَيَقُولُ إِنَّ اللَّهَ يُحِبُّ فُلاَنًا فَأَحِبُّوهُ. فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ - قَالَ - ثُمَّ يُوضَعُ لَهُ الْقَبُولُ فِى الأَرْضِ. وَإِذَا أَبْغَضَ عَبْدًا دَعَا جِبْرِيلَ فَيَقُولُ إِنِّى أُبْغِضُ فُلاَنًا فَأَبْغِضْهُ - قَالَ - فَيُبْغِضُهُ جِبْرِيلُ ثُمَّ يُنَادِى فِى أَهْلِ السَّمَاءِ إِنَّ اللَّهَ يُبْغِضُ فُلاَنًا فَأَبْغِضُوهُ - قَالَ - فَيُبْغِضُونَهُ ثُمَّ تُوضَعُ لَهُ الْبَغْضَاءُ فِى الأَرْضِ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: “Həqiqətən, Mən filan qulumu sevirəm, sən də onu sev!” Cəbrail də onu sevir. Sonra o, səmada olanlara üz tutub deyir: “Allah filan qulunu sevir, siz də onu sevin!” Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə Cəbraili çağırıb ona deyir: “Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!” Cəbrail də ona nifrət edir. Sonra o, səma əhlinə üz tutub deyir: “Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!” Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur”.[1]

 
[1] Muslim, 2637, 4772, 6873.