Novruzu qeyd etmək günahdırmı?

    18.03.2014
Sual: 
Salam aleykum. Novruz bayramini kechirmek gunahdirmi? Eger günahdırsa, niye gunahdir? Eger men kechirmek istemiremse, valideynlerim kechirirlerse mene gunah yazilarmi? Axi onlar qeyd edir...
Cavab: 
Aleykum salam. İslama görə "novruz"u bayram olaraq keçirtmək olmaz. Çünki bu qeyri islam bayramlarından sayılır. O ki qaldı valideynlərinizin qeyd etmələrinə, bu məsələdə sizin üçün heç bir günah yoxdur. Çünki Allah Təala buyurur: "Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz". (Fatir, 18).

"...Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir". (əz-Zumər, 7).
 

Paylaş: