Yaqub peyğəmbərin özünə haram etdikləri - Ali-İmran surəsi 93 -cü ayə

    01.10.2018
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ

 

“Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!
 
عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: "كَانَ إِسْرَائِيلُ أَخَذَهُ عِرْقُ النَّسَا، وَكَانَ يَبِيتُ لَهُ زُقَاءٌ، فَجَعَلَ لِلَّهِ عَلَيْهِ إِنْ شَفَاهُ أَنْ لا يَأْكُلَهُ، يَعْنِي الْعُرُوقَ، فَأَنْزَلَ اللهُ عَزَّ وَجَلَّ : {إِلا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ}
 

İbn Abbas (Allah ondan razı olsun) demişdir: “İsrail (Yəqub) peyğəmbərin oturaq siniri ağrıyır və gecələr ağrıdan inildəyirdi. O, Allahın ona şəfa verəcəyi təqdirdə dəvə ətindən yeməyəcəyinə və südündən içməyəcəyinə dair Allaha əhd etdi. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun! (Ali-İmran, 93)”.
 
Abdur-Razzəq “Təfsir” 1/261; İbn Cərir ət-Tabəri “Təfsir” 7411; İbn əl-Munzir “Təfsir” 701; əl-Beyhəqi “Sunənul-Kubra” 8/10; İbn Əbu Hatim “Təfsir” 953; əl-Hakim, 3152. əl-Hakim demişdir: “əl-Buxari və Muslimin şərtlərinə əsasən səhihdir”. Ali Nasr və əl-Hilali səhih adlandırmışlar.