Nəcaşi haqda - Ali-İmran surəsi 199 - cu ayə
“Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - səhabələrinə Nəcaşinin vəfat etdiyini xəbər verdikdən sonra onun üçün cənazə namazı qıldı. Səhabələrdən bəziləri ona dedilər: “Ey Allahın Elçisi! Həbəşinin cənazə namazını qılırsan?” Uca Allah da bu ayəni nazil etdi: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir...” (Ali-İmran, 199)”.
Əbu Bəkr əl-Bəzzar, 832, 6556; ən-Nəsai “Təfsir” 108; ət-Tabərani “Mucəmul-Əvsat” 5147; əd-Diya əl-Məqdisi “Əhədisul-Muxtəra” 2039. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.