Yetim malını istifadə haqda - ən-Nisa surəsi 6 - cı ayə
“Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər”
عَنْ عَائِشَةَ - رضى الله عنها - فِى قَوْلِهِ تَعَالَى {وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ} أَنَّهَا نَزَلَتْ فِى مَالِ الْيَتِيمِ إِذَا كَانَ فَقِيرًا ، أَنَّهُ يَأْكُلُ مِنْهُ مَكَانَ قِيَامِهِ عَلَيْهِ ، بِمَعْرُوفٍ .
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bu ayə “...Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin ...“ (ən-Nisa, 6) yetimi himayə edən şəxsin kasıb olması təqdirdə, çəkdiyi əziyyətin müqabilində onun malından ehtiyacı olduğu qədər istifadə edə biləcəyini bəyan etmək üçün nazil olmuşdur”.
əl-Buxari, , 2212, 4575.