Ata qızına baxmırsa, kəbində qızın vəlisi kim ola bilər?

    29.11.2018
Kimdən: 
Əli Saleh
Sual: 
Salam Aleykum Sualim ondan ibaretdirki kebin zamani qizin "veli" si"qeyyumu" yoxdursa yeni atasi var amma ona baxmir dayisi var ama baxmir hemde uzaqda yawayirlar  qardawi uwaqdi velisiz nigah da olmaz buyurub Resulullah bu yerde baxmasa bele atasinin olmagi şertdirmi? Nece etmek lazimdir nigah batil sayilmasin?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz halda ərə gedən qadın imkan daxilində çalışmalıdır ki, atası ilə əlaqə saxlasın və atası nikah mərasimində iştirak edə bilməsə belə zəng vasitəsilə və ya şifahi də olsa onun razılığını və halallığını alsın. Əgər qadının vəliləri heç biri həyatda deyilsə və ya onlarla heç cür əlaqə saxlaya bilmirsə, onda kəbində məscid imamı və ya tanınmış din adamı da sizin vəliniz ola bilər. Daha ətraflı: Qadının vəlisi yoxdursa, qadına kim vəli olmalıdır?

Teqlər: 
Paylaş: