Kiməsə heyvan adı ilə müraciət etmək günahdırmı?

    22.11.2018
Kimdən: 
zamiq
Sual: 
Salam aleykum .. bilmek isterdim bir insana her hansisa bir heyvan adıyla muraciet etmek ıslam dininde gunahdirmi ?
Cavab: 
Va aleykum Salam. İnsanların bir-birilərini pis söz və ya pis ləqəblərlə çağırması günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır". (əl-Hucurat, 11).
Bu ayədə Uca Allah insanların bir-birinə olan münasibətlərini qeyd edərək onlara kimisə ələ salmağı, tənə vurmağı və pis ləqəblərlə müraciət etməyi qadağan edir. Bunlar insanı alçalda biləcək bütün xoşagəlməz sözlərə və hərəkətlərə aiddir. Bunlar böyük günahdır.
Paylaş: