عَنْ عَبْدِ اللهِ بْنِ سَلاَمٍ قَالَ: قَالَ مُوسَى : يَا رَبِ، مَا الشُّكْرُ الَّذِي يَنْبَغِي لَك، قَالَ: يَا مُوسَى لاَ يَزَالُ لِسَانُك رَطْبًا مِنْ ذِكْرِي
Abdullah ibn Səlamın[1] (Allah ondan razı olsun) rəvayətinə görə Musa (ona salam olsun) demişdir: “Ey Rəbb! Sənə layiq olan şükür nədir?” Allah buyurdu: “Ey Musa, dilin Məni zikr etməkdən qurumasın!”[2]
سَمِعْتُ سُفْيَانَ بْنَ سَعِيدٍ، وَذَكَرَ دَاوُدَ النَّبِيَّ ﷺ فَقَالَ: "الْحَمْدُ لِلَّهِ حَمْدًا كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِ رَبِّي وَعَزَّ جَلَالُهُ"، فَأَوْحَى الله إِلَيْهِ: "يَا دَاوُدُ أَتْعَبْتَ الْمَلَائِكَةَ "
Sufyan ibn Səidin[3] (Allah ona rəhm etsin) rəvayətinə görə Davud Peyğəmbər ﷺ dedi: “Rəbbimin Camalının kəramətinə və Cəlalının izzətinə layiq Allaha həmd olsun!” Allah ona belə vəhy etdi: “Ey Davud, mələkləri (savab yazmaqdan) yordun!”[4]
ثنا
مُحَمَّدُ بْنُ النَّضْرِ الْحَارِثِيُّ قَالَ: بَلَغَنِي أَنَّ اللَّهَ
Uأَوْحَى إِلَى مُوسَى: أَنْ يَا مُوسَى بْنَ عِمْرَانَ، كُنْ يَقْظَانًا، مُرْتَادًا الفلا أَخْدَانًا، وَكُلُّ خِدْنٍ لَا تُؤْتِيكَ عَلَى مَسَرَّتِي فَلَا تَصْحَبْهُ، فَإِنَّهُ لَكَ عَدُوٌّ، وَهُوَ يُقَسِّي قَلْبَكَ، وَأَكْثِرْ مِنْ ذِكْرِي حَتَّى تَسْتَوْجِبَ الشُّكْرَ، وَتَسْتَكْمِلَ الْمَزِيدَ
.
Muhəmməd ibnun-Nadr əl-Hərisi[5] (Allah ona rəhm etsin) demişdir: “Mənə çatıb ki, Uca Allah Musaya: “Ey Musa ibn İmran, ayıq ol! Özünə dostlar tut! Mənim məhəbbətim üzrə dostluq etməyənlə yoldaşlıq etmə! Çünki o, sənin düşmənindir və qəlbini sərtləşdirər. Şükür etməyin və nemətlərin artması üçün Məni çox xatırla!”- deyə vəhy etdi”.[6]
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ اللَّهَ ﷻ يَقُولُ إِنَّ عَبْدِى الْمُؤْمِنَ عِنْدِى بِمَنْزِلَةِ كُلِّ خَيْرٍ يَحْمَدُنِى وَأَنَا أَنْزِعُ نَفْسَهُ مِنْ بَيْنِ جَنْبَيْهِ»
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Uca Allah buyurur: “Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o, Mənə həmd edir”.[7]
[1] Əbu Yusuf Abdullah ibn Səlam ibn əl-Haris əl-İsraili əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabələrindən və İsrail övladlarından olub. Hicrətin 43-cü ilində Mədinədə vəfat etmişdir.
[2] İbn Əbid-Dunyə “əş-Şukur” 39; Əbu Yəalə “Tabaqat əl-Hənəbilə” 1/ 194; İbn Mubarək “əz-Zühd” 942. Əbu Usamə Səlim ibn İyd əl-Hilali səhih olduğunu bildirmişdir.
[3] Əbu Abdullah Sufyan ibn Səid ibn Məsruk əl-Kufi əs-Səuri (Allah ona rəhm etsin) böyük alimlərdən olmuşdur. Hicrətin 95-ci ilində Kufədə anadan olmuş, hicrətin 161-ci ilində Bəsrədə vəfat etmişdir.
[4] İbn Əbid-Dunyə “əş-Şukur” 37; əl-Beyhəqi “Şuabul-İman” 4262. 4582. Əbu Usamə Səlim ibn İyd əl-Hilali səhih olduğunu bildirmişdir.
[5] Əbu Abdur-Rahmən Muhəmməd ibn ən-Nadr əl-Harisi (Allah ona rəhm etsin) böyük alimlərdən olmuşdur. Doğumu ilə ölümü barəsində dəqiq məlumat olmasa da, Kufədə anadan olub orada vəfat etdiyi məlumdur.
[6] Əhməd “əz-Zühd” səh. 108; İbn Əbid-Dunyə “əş-Şukur” 164. Əbu Usamə Səlim ibn İyd əl-Hilali səhih olduğunu bildirmişdir.
[7] Əhməd, 8136, 8473, 8492, 8716; İbn Əbid-Dunyə “əş-Şukur” 84. Şueyb əl-Arnavut isnadını qüvvətli, Əbu Usamə Səlim ibn İyd əl-Hilali sənədlərini həsən və səhih, əl-Albani isə “Sahihul-Cəmius-Sağir”də (№ 1910, 4318) səhih olduğunu bildirmişdir.