Naməhrəmlə əlcəklə görüşmək haramdırmı?

    29.11.2018
Kimdən: 
med
Sual: 
salam aleykum.Dinimiz deyir namehremle el ele görüşmeyin haramdır.Bes eger qadın elinde elçek olsa ele görüşse bu doğru olarmı.Elçek olduğu üçün et ete deymir bele olarmı???
Cavab: 
Va aleykum Salam. Naməhrəmlə istər əlcəklə, istərsə də əlcəksiz əllə görüşmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən naməhrəm qadınlarla heç vaxt əllə görüşmürəm". (ən-Nəsai, 4181; İbn Məcəh, 2874; İmam Əhməd, 270006; əl-Albani "Səhih əl-Cami", 2513).
Mə'qil ibn Yəsar (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani, 20/212, №: 486; əl-Albani "Səhih əl-Cami" №: 4921, 5045). Buna icazə verən hədislərin isə heç biri səhih deyildir. Həmçinin oxuyun: Naməhrəmə əlcək ilə toxunmaq olarmı?
Teqlər: 
Paylaş: