Nə üçün kəbənin ətrafına fırlanırlar?

    08.12.2018
Kimdən: 
Cabir
Sual: 
Salam aleykum.sizə bir necə sualım olacaq.1.nəyə görə Kəbə evinin ətrafında fırlanılır?2.Peyğəbərimizin(s.a.s)necə arvadı olub?və bunlarla eyni vaxtda evlənib?3birdə niyə həmişə Aişə(r.a) dan tez tez rəvayət olundugunu esidirik? Niyə onun basqa xanımlarından hec nə danışılmır?4qadın oz ata mirasından imtina ederse eri ona etiraz edə bilər?5dogurdanmi xoruzlar namaz vaxtini bilər və banlayar?
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
2. Peyğəmbərimizin 11 zövcəsi olub və Aişədən (Allah ondan razı olsun) başqa Onun bütün zövcələri dul qadınlar olmuşdular. Daha ətraflı bu cavabı oxuyun:
Peyğəmbərimizin neçə xanımı olub?
3. Peyğəmbərin bütün xanımlarından müxtəlif sayda hədislər rəvayət edilib. Sadəcə onların arasında ən çox 2210 hədis Aişədən rəvayət edilmişdir. Aişənin Peyğəmbərin digər xanımlarına nisbətən daha çox hədis rəvayət etməsinin səbəbi isə həm yaş baxımından cavan olması, həm hafizəsinin güclü olması, həm Peyğəmbərin Aişə ilə daha çox vaxt keçirməsi, onu daha çox sevməsi, Allah Rəsulunun səfərə çıxdıqda çox vaxt Aişəni də özü ilə aparması və digər bu kimi səbəblərdir. Peyğəmbərimizin yaşlı xanımları da çox vaxt öz növbələrini Aişəyə verərdilər. 
4. Qadın ərindən icazə almadan könüllü şəkildə özünə düşən miras payının hamısıdan və ya bir hissəsindən imtina edə bilər. Bir şərtlə ki, həmin qadın həddi-büluğa çatmış, ağlı başında olan, təzyiqsiz, könüllü və öz müstəqil ixtiyari seçimi ilə olsun. Şəriətimizə görə əgər qadının özünün şəxsi malı varsa, bu, onun haqqıdır və malı üzərində ixtiyar sahibidir. Qadının ərinin isə xanımının şəxsi malı-mülkü üzərində heç bir haqqı yoxdur.
5. Xoruz Uca Allahın bir çox maraqlı xüsusiyyətlər verdiyi məxluqlardandır. Bu xüsusiyyətlərdən biri də xoruzun namaz vaxtlarında banlamasıdır, çünki Rəbbimiz ona bu vaxtları bilməyi ilham etmişdir. Zeyd ibn Xalid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xoruzu söyməyin! Həqiqətən o, namaza çağırır". (Əbu Davud, 5013; İbn Hibban, 5731).
Həmçinin demişdir: "Xoruzun banlamasını eşitsəniz, Allah­dan Onun lütfünü diləyin. Çünki o (xoruz), mələk görmüşdür. Uzunqulağın anqırmasını eşitsəniz, şeytandan Allaha sığının. Çünki o (uzunqulaq), şeytan görmüşdür". (Fəthul-Bari, 6/350; Muslim, 4/2092). Bu mənada bir neçə səhih hədislər rəvayət edilmişdir.
Paylaş: