İdeal insan varmı?

    22.11.2018
Sual: 
İdeal ( mükəmməl) insan varmıdır?
Cavab: 
Salam aleykum. Dünyaya gəlib getmiş və Qiyamətə qədər gələcək insanlar arasında ən kamil və ən ideal olanlar Allahın elçilərdir. Onların arasında ən şərəfli olanı isə peyğəmbərimiz Muhəmməddir (salləllahu aleyhi və səlləm). Uca Allah onun ən üstün əxlaqa sahib olması haqda: "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" (əl-Qaləm, 4) - xəbər verərək onu bütün insanlar, ələlxüsus da möminlər üçün əxlaq, din və əməl meyarı olaraq təyin etmiş və belə demişdir: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzab, 21).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən ən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm". (İmam Malik "Muvatta" kitabı, Bab: "Husnul-Xulq", 8; İmam Əhməd, 2/381). 
Habelə, Peyğəmbərimizin ən üstün və ən mükəmməl əxlaqa sahib olduğunu göstərən səhih bir hədisdə Aişədən (Allah ondan razı olsun) belə rəvayət edilmişdir: "Bir nəfər soruşdu: "Ey möminlərin anası (Aişə)! Bizə Allahın elçisinin əxlaqından danışarsanmı?" Aişə buna cavab olaraq belə dedi: "Sən heç Quran oxumursan?" Həmin adam: "Əlbəttə ki, oxuyuram!", - deyə, cavab verdi. Aişə: "Onun əxlaqı Quran (əxlaqı) idi", - dedi. (Muslim, "Salatul-Musafirin", 139, 746).
Peyğəmbər olmayan adi insanlar arasında ən kamil insan elm, təqva və əxlaq cəhətdən üstün olandır. Buna isə Allaha və Onun rəsuluna iman gətirmək, elm öyrənib Allahın buyurduqlarına əməl etməklə nail olmaq olar. Allah Elçisi bu­yur­muş­dur: "İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyir­liləriniz isə qadınlara qarşı əxlaqlı olanlardır".
Allah Elçisi demişdir: "İslamda sizin ən xeyirliniz dini başa düşən və əxlaqı ən gözəl olanınızdır". Həmçinin oxuyun:

 

 

Teqlər: 
Paylaş: