Bəzi islam terminlərinin qısa izahı

    22.03.2014
Sual: 
Salam aleykum. Zəhmət olmasa bizə qısa şəkildə bu terminlərin mənalarını izah edərdiniz. "1. Mübah, 2. Məkruh, 3. Müstəhəb, 4. Vacib, 5. Fərz, 6. Təharət, 7. Halal, 8. Haram, 9. Nəhy, 10. Əfzəl, 11. Subhən, 12. Təkbir, 13. Təsbih, 14. Təhmid, 15. Təhlil, 16. Xitan, 17. Nəsx, 18. Mənsux, 19. İstiğfar, 20. İstiazə, 21. İstiğasə, 22. İstihazə, 23. Nifas, 24. Heyz, 25. Talaq, 26. İstianə, 27. İştişarə, 28. İstixarə, 29. Xaşyə, 30. Xuşu'u, 31. Təqva, 32. Müttəqi, 33. Ehsan, 34. Muhsin, 35. İxlas, 36. Muxlis, 37. Nifaq, 38. Münafiq, 39. Küfr, 40. Fisq, 41. Fasiq, 42. İlham, 43. Vəhy, 44. Mələkul Movt, 45. Səmavi kitablar və səhifələr, 46. Nübuvvət, 47. Nəbi, 48. Rasul, 49. Xətm, 50. Xəlifə, 51. Xilafət, 52. Xilqət, 53. Hafiz, 54. Rəcm, 55. Zina, 56. Savab, 57. Əcr, 58. Müsibət, 59. Bəla, 60. Fitnə, 61. İmtahan, 62. Sınaq, 63. Əmr bil Məruf, 64. Nəhy anil Munkər, 65. Munkər, 66. Nəkir, 67. Bərzəx, 68. Sirat, 69. Axirət, 70. İstilahi, 71. İqamə, 72. Azan, 73. Zikr, 74. Həmd, 75. Mədh, 76. Ləfz, 77. Zahiri, 78. Batini, 79. Xəfif, 81. Xuf, 82. Məşru'u, 83. Məndub, 84. Mətruk, 85. Mərfu'u, 86. Mə'qul, 87. Fəhm, 88. Sələfi, 89. Xələfi, 90. Saleh, 91. Sufi, 92. Sünnə, 93. Fətva, 94. Mufti, 95. Ravi, 96. Nəql, 97. Varid, 98. Hədis, 99. Əsər, 100. Müstədrək, 101. Müsnəd, 102. Məzhəb, 104. Hədis 105. Mütavatir, 106. Səhih, 107. Həsən, 108. Zəif, 109. Uydurma, 110. İlləli, Caiz". Çox güman ki, bu şəriət terminlərinin hərəsinin ayrı-ayrılıqda fərqli və özünə məxsus mənaları, hökmləri və işlənmə məqamları vardır. Birinin digərindən fərqi nədədir? Çünki bəzən dini kitablar oxuduqda bu terminlərlə tez-tez qarşılaırıq. Hərdən cümləyə uyğun mənanı başa düşmək olur. Amma əksər hallarda isə mənanı tutmaq, anlamaq olmur. Ona görə də sizə müraciət etdim ki, bəlkə bu işdə bizə köməklik edəsiz. Həmdə mənim kimi çətinlik çəkənlər çoxdur. Onlar da sizin verdiyiniz cavabdan inşallah faydalanarlar. Çox sağ olun. Minnətdaram. Öncədən öz dərin təşəkkürümüzü bildiririk. Allah sizlərdən razı olsun ki, belə gözəl və faydalı sayt açmısınız. Hər şeyə layiqincə qiymət verən Rəbbimiz, inşallah heç şübhəsiz ki, sizin zəhmətinizin əvəzini də layiqincə qiymətləndirər...
Cavab: 

Aleykum salam. 
1) Mübah - O əməli etmək insanın ixtiyarına buraxılır və insan onu etməkdə azaddır. Onu edənə nə savab yazılar, nə də günah. 
2) Məkruh - Bəyənilməyən əməl deməkdir. Onu edənə günah olmasa da, savabları azaldır.  
3) Mustəhəb - Bəyənilən əməl deməkdir. Onu edənə savab vardır. 
4) Vacib - Elə kəlimənin adından məlum olduğu kimi vacib, lazım, zəruri deməkdir. Onu edənə savab, tərk edənə isə günah vardır. 
5) Fərz - Mütləq şəkildə zəruri, lazım və vacib bir əmələ deyilir. Onu edənə savab, tərk edənə isə böyük günah yazılar. 
6) Təharət - Şəriət qaydalarına uyğun təmizlənmə deməkdir. 
7) Halal - Yəni icazə verilən deməkdir. 
8) Haram - Yəni qadağan olunan deməkdir. 
9) Nəhy - Bu da bir növ qadağan və o əməldən çəkindirmək mənasına gəlir. 
10) Əfzəl - Daha üstün və daha bəyənilən mənaları verir. 
11) Subhən - Pak, eybsiz, nöqsansız və s. mənalara gəlir. 
12) Təkbir - "Allahu Əkbər" (Allah ən böyükdür) deyərək Allahın şənini Uca, Yüksək və Böyük tutmaq deməkdir. 
13) Təsbih - "Subhənallah" (Allah pak, müqəddəs, eybsiz və nöqsansızdır) deyərək Allahı bütün eyb və naqis sifətlərdən uzaq tutmaq deməkdir. 
14) Təhmid - "Əlhəmdulilləh" (Həmd-səna, tərif Allah üçündür) deyərək Allaha şükr, həmd-səna, tərif və alqışlar etməkdir. 
15) Təhlil - "Lə İləhə İllallah" (Allahdan başqa haqq məbud "ibadət olunan" ilah yoxdur) deyərək tövhid kəliməsi ilə Uca Allahı ibadətin hər bir növündə təkləşdirmək deməkdir. 
16) Xitan - Sünnət olunmaqdır. 
17) Nəsx - Bir şeyin hökmünü silmək deməkdir. 
18) Mənsux - Artıq hökmü silinib qüvvədən düşüb mənasına gəlir. 
19) İstiğfar - "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm) deyərək Uca Allahdan günahlara bağışlanma diləməkdir.
20) İstiazə - "Əuzu Billəhi Minəş Şeytanir Racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) deyərək məlun, lənətlənərək Allahın rəhmətindən qovulmuş şeytanın şərrindən, hiyləsindən Allaha sığınmaqdır. Allahın izni ilə bu qədər cavablandıra bildik. 
 

Paylaş: