Qadın hansı hallarda bəzənsə, günah daşıya bilər?
Aleykum salam. Qadın yalnız öz əri üçün bəzənməlidir. Əgər subaydırsa, özü üçün də bəzənə bilər. Sadəcə qadın başqalarına naməhrəm olduğu üçün şəriət qadınların yad nəzərdən qorunması üçün örtülməsini əmr edir. Qadının əlləri (biləklərə qədər) və üzü çıxmaq şərti ilə bütün bədəni gizlədilməlidir. Ağıllı və insaflı insan Uca Allahın qadınlara tətbiq etdiyi bu qayda haqqında düşündükdə bu qaydanın qadın üçün, qadının yaxınları üçün və bütövlükdə cəmiyyət üçün nə dərəcədə xeyirli olduğunu anlayar. Həqiqətən, bu din Allah tərəfindən göndərilən əzəmətli bir dindir. Uca Allah nəyi əmr edirsə, onda yalnız xeyir görərsən, nəyi qadağan edirsə, onda da yalnız şərr görərsən. İnsana isə yalnız Uca Allaha iman gətirib onun buyruqlarını yerinə yetirmək qalır.