Harama qarşı nəfsini saxlaya bilməyən insanla ailə qurmaq düzgündürmü?

    09.12.2018
Sual: 
Salam.Mene elci duwen insan Allah adamidi.ziyaretlerde de olub.Amma men bu insanin namehreme nefsini saxlamadigin tutmuwam.Bele insanla evlenmek dogru olar?Hal hazirda yollarimiz ayridi. Amma dindar olmasi meni yeniden duwunmeye vadar edirki belke deyiwdi
Cavab: 
Və aleykum Salam. Müsəlman kişi və ya qadın ailə quracağı şəxsi seçərkən ilk növbədə dininə və əxlaqına fikir verilməlidir. Əgər sizə elçi düşən oğlanın dini, imanı, əxlaqı yerindədirsə, bu zaman onunla evlənməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) insanlara xitab edərək belə buyurmuşdur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi, 1085).
 

 

Teqlər: 
Paylaş: