Qiyamət günü ərşin kölgəsi altında kölgələnən 7 qrup insanlar kimlər olacaq?

    22.03.2014
Sual: 
Salam aleykum. Qiyamət günü ərşin altında kölgələnən 7 qrup insan hansılardır?
Cavab: 

Aleykum salam. Bununla bağlı Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) hədisdə belə buyurur: "Qiyamət günü yeddi dəstə insanı Allah Təala öz ərşinin kölgəsi altında yerləşdirəcək. O zaman ki, onun kölgəsindən başqa kölgə olmayacaq: 1) Ədalətli rəhbər; 2) Ömrünün əvvəlindən Uca Allaha bəndəlik etmiş gənc; 3) Qəlbi Uca Allahın ibadətgahına (məscidlərə) bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; 4) Allah üçün bir-birlərini sevən və o sevgi üzrə bir yerə toplaşıb və həmin sevgi ilə də oradan ayrılan iki şəxs; 5) Uca Allahın adı çəkiləndə, təkliyə çəklib Allah üçün göz yaşı axıdan şəxs; 6) Gözəl qadının zinaya dəvəti qarşısında "mən Allah Təaladan qorxuram" deyən şəxs; 7) Ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs".

Paylaş: