Cənnət əhlinin evləri olacaqmı?

    22.03.2014
Sual: 
Salam aleykum. Cennetdeki insanlar harada qalacaqlar? Yeni orada evler varmi?
Cavab: 

Aleykum salam. Uca Allah cənnəti vəsf edərək belə buyurur: "(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən". (əl-İnsan, 20).
Rəvayət edilir ki, səhabələr (radıyəllahu anhum) peyğəmbərdən (salləllahu aleyhi va səlləm) soruşdular: "Bəs Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan. Onun (divarlarının) malası xoş ətirli müşkdən­dir. Onun çınqılları mir­varidən və yaqutdan, torpağı isə zəfəran­dandır. Ora daxil olan ne­mət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəl­məz və qocalmaz".
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmusdur: "Kim əl-İxlas surəsini on dəfə oxuyarsa, Allah ona cənnətdə bir ev tikər". ("Sahih əl-Cəmi" kitabı, 6472).
Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Hər gün fərz namazından savayi on iki rukət nafilə namazı qılan elə bir müsəlman yoxdur ki, Allah onun üçün Cənnətdə ev tikməsin və yaxud onun üçün Cənnətdə ev tikilməsin". 
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Haqlı olsa belə mübahisəni tərk edən kimsə üçün Cənnətin ətrafında, zarafatda olsa belə yalanı tərk edən kimsə üçün Cənnətin ortasında və öz əxlaqını gözəlləşdirən kimsə üçün isə Cənnətin ən yüksək yerində ev verilməsinə zəmanət verirəm".
Həmçinin o (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Həqiqətən Cənnətdə elə otaqlar vardır ki, içərisindən çölü, çölündən isə içərisi görünür". Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) dedi: Ey Allahın Elçisi, onlar kimin uçündür? Allahın Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Xoş söz söyləyən, yemək yedizdirən və insanlar yatdıqları halda gecə ibadət edən kimsələr üçün". 

Paylaş: