Nəyə görə valideynin icazəsi olmadan kəbin kəsdirmək haramdır?
Sual:
Salam aleykum. Valideynden xebersiz kebin niye haramdir? Bunun haram oldugunu bildiren Ayeti Kerime ve ya Hedisi Şerif varsa, bize de deyin. Yox eger yoxdursa niye haramdir?
Cavab:
Aleykum salam. Əlbəttə, bunun qadağan edilməsinin dəlilləri vardır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66).
Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" deyə buyurmuşdur. Bu dəlillər onu göstərir ki, valideynin razılığı mütləq olmalıdır.