"Allaha acıq gedər" ifadəsini işlətmək doğrudurmu?

    23.01.2019
Sual: 
salam Allaha acig geder ifadesini isletmek duzgundurmu?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz söz el arasında işlənən bir ifadədir, mənası da filan şeyi etmək Allahın qəzəbinə səbəb olar, Allahı qəzəbləndirər və s. deməkdir. Lazımi məqamında bu ifadəni deməkdə bir qəbahət yoxdur. Lakin, istənilən halda Allaha aid ifadələri deyərkən mənası açıq-aydın olan və şəriətə uyğun sözlərdən istifadə etmək daha yaxşıdır. Məsələn, filan əməli etmək Allahı qəzəbləndirər, Allaha xoş getməz, filan şeyi edəni Allah sevməz, Allah cəzalandırar və s. kimi açıq mənalı, şəriətə uyğun ifadələrlə demək daha doğru olardı.

Paylaş: