Qiyamət günü sünnə namazlarının fərz namazlarındakı qüsurları tamamlaması haqqında
Sual:
Salam aleykum lmadığımız sünnə namazları qılmadığımız fərz namazlarıyla axirətdə əvəz olunacaqmı əvvəlcədən təşəkkür edirəm Allah razı olsun
Cavab:
Və aleykum Salam. Qılmadığımız sünnə namazları qıldığımız fərz namazları ilə axirətdə əvəz olunmayacaq. Əksinə, nafilə namazları fərz namazlarındakı naqislikləri doldurur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar. Əgər fərz namazlarından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: "Baxın, qulumun nafilə namazları varmı?" Beləliklə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək". (ət-Tirmizi, 413).
Odur ki, nafilə namazlar fərz namazlardan sonra insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdən sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Namaz qılmaqla) Allaha çoxlu səcdə et! Çünki, sən Allaha bir səcdə etdikdə, Allah onun səbəbi ilə səni bir dərəcə yüksəldir və bir günahını silir". Daha ətraflı: