Xoşbəxtliyin üç əlamətindən ikisini anlamadım

    23.03.2014
Kimdən: 
Allahın qulu
Sual: 
Salam aleykum. Men sizin bash sehifede yerleshdirdiyiniz meqaleleri oxuyuram. Yalniz xoshbextliyin 3 elametinden ikisini tam anlamadim. Yungul minik dedikde neyi nezerede tutursunuz? Üçüncü elamet de gozel evin olmasinimi nezerde tutursunuz? Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Yüngül minik dedikdə sahibini rahat bir şəkildə istədiyi yerə çatdıran, gözəl ev dedikdə isə hər bir şəraiti olan geniş və rahat mənzil nəzərdə tutulur. Yəni Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə bildirmək istəyir ki, insanın bu dünyada rahat həyat sürməsi üçün bu üç nemətin - evin, miniyin və zövcənin yaxşı olması xoşbəxtliyə nail olmağın vasitələrindən sayılır. Başqa bir hədisdə isə bu üç nemətlə yanaşı yaxşı qonşunun olması qeyd edilir.    

Paylaş: