İnsanlar nə üçün eyni dildə danışmır və eyni dinə sitayiş etmirlər?

    20.02.2019
Sual: 
İnsanlar niyə eyni bir dildə danışmırlar, eyni bir dinə sitayiş eləmirlər? Salam əleykum. Xahiş edirəm bu sualıma ətraflı cavab verərdiz.
Cavab: 

Salam aleykum. Uca Allah insanların nə üçün müxtəlif millətlərə ayrılması haqqında buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır". (əl-Hucurat, 13).
İnsanların müxtəlif dinlərdə olması isə onların arasında baş verən ixtilaflara görədir. Uca Allah yalnız Ona ibadət etməyi əmr etmiş, onlara haqqı bəyan edən peyğəmbərlər göndərmişdir. Peyğəmbərlərə tabe olanlar Cənnətə, onların dəvətini inkar edənlər isə Cəhənnəmə girəcəklər. Uca Allah buyurur: "İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər". (əl-Bəqərə, 213).
Həmçinin buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran, 85). Həmçinin oxuyun:

Paylaş: