Bəzi vacib səbəblərə görə namazı qılmamaq olarmı?

    30.01.2019
Kimdən: 
Eldeniz
Sual: 
Men 1 heftedi namaz qiliram lakin namazi bazi vacib sebeblerden atmaq mecburiyyetindeyem.bu gunahdirmi.
Cavab: 
Salam aleykum. Səbəb nə olursa-olsun namazı tərk etmək ən böyük günahlardandır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). Rəbbimiz namazı bizə asanlaşdırmışdır. Ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə uzanaraq namaz qılınır. Su tapa bilmədikdə və ya xəstə olduqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Səfərdə olduqda dörd rükətli namazlar iki rükət qılınır, həmçinin zöhr namazı ilə əsr namazı, məğrib namazı ilə də işa namazı birləşdirilərək qılınır. Daha ətraflı:
Paylaş: