Ağlamağın insana bir zərəri və ya bir faydası varmı?
Aleykum salam. Ağlamaq müxtəlif olur, lakin insan Uca Allahın qorxusundan ağlayarsa, öz günahlarını fikirləşib ağlayarsa bu ağlamağına görə savab vardır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: "İki göz vardır ki, onlara od toxunmayacaq, Allah qorxusundan ağlayan göz, bir də Allah yolunda keşikçi dayanan göz".
Allah Elçisi buyurmuşdur: “Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə kölgəsi altında kölgələndirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”- deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi”. (Muslim, 1031, 1712).