Uşağı sevmək şirkə aparırmı?
Aleykum salam. Ümumiyyətlə sevginn bir neçə növü olur. Təbii ki, insan sevgidə də şirkə düşə bilər, amma bir məsələni qeyd edək ki, bəzən insanlar təbii sevgi ilə şirk olan sevgini ayıra bilmir. Məlum məsələdir ki, Uca Allah valideyinlərin qəlbinə övlad sevgisi salmışdır və bu təbii olan bir haldır. Məs: İnsan öz valideyinlərini sevir, yoldaşını sevir və s. olan təbii sevgilər. Lakin insan ən çox Uca Allahı sevməlidir. Uca Allahı sevmək kimi heç kimi və heç nəyi sevmək olmaz. Uca Allaha olan sevgi hər şeydən yüksək olmalıdır. Uca Allah buyurur ki: "İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür". (əl-Bəqərə, 165).
Bu cür sevgi artıq şirkə aparır. Yəni hər kim Uca Allahdan başqasını, Allahı sevdiyi kimi sevərsə, artıq məhəbbətdə şirkə düşmüşdür.