Sapand (raqatka) ilə quş ovlamaq icazəlidirmi?
Sual:
salam alaykum bir sualim var ragatkayla quş ovlmağ günahdir? ətrafli başa salardizda mənə Allah sizden razi olsun
Cavab:
Və aleykum Salam. Dinimizdə sapand (raqatka) istifadə edilməsi qadağan olunmuşdur. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zamanında xəzf adlanan iki barmağın arasına bərkidilərək qoyulub atılan daş və ya tum və yaxud da bu formada istifadə edilən bir alət var idi ki, Allah Rəsulu onu qadağan etmişdir.
Əbu Səid Abdullah ibn Muğaffəl əl-Muzəni (Allah ondan razı olsun) yaxınlarından birinin sapand (raqatka) ilə daş atdığını gördükdə onu bu hərəkətdən çəkindirərək dedi: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) sapand ilə daş atmağı qadağan etmiş və o (sapand), nə ovunu öldürər (ovlayar), nə düşmən yaralayar, o yalnız göz çıxarır və diş qırar" deyə buyurdu. Sonra İbn Muğaffəl (radıyəllahu anhu) o, adamı təkrar sapand ilə atdığını gördükdə dedi: "Vallahi səninlə bir daha danışmayacağam. Mən sənə Allahın Rəsulunun sapand daşı ilə atmağı qadağan etdiyini deyirəm sən isə əhəmiyyət vermirsən". (Səhih əl-Buxari, 5479, 6076, 6077, 6220; Səhih Muslim, 442, 1954, 2559).
Habelə, onu da qeyd edək ki, sapand ilə ovlanmış ov leş sayıldığı üçün onu yemək də haramdır. Həmçinin oxuyun: İslam fiqhi: Ov aləti