Bir savabın əvəzi on savabdır - əl-Ənam surəsi 160 - cı ayə

    23.12.2018
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

 
“Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz
 

عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ فَذَلِكَ صِيَامُ الدَّهْرِ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ تَصْدِيقَ ذَلِكَ فِي كِتَابِهِ : {مَنْ جَاءَ بِالحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا} اليَوْمُ بِعَشْرَةِ أَيَّامٍ.

 
Rəvayət edilir ki, Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - belə buyurdu: “Kim hər ay üç gün oruc tutarsa, bütün il boyu oruc tutmuş kimidir”. Uca Allah bunun təsdiqini Öz Kitabında belə nazil etmişdir: Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” (əl-Ənam 160). Bir gün on günə bərabərdir”.
 
ət-Tirmizi, 762, 767. əl-Albani səhih olduğunu bildirmişdir.