Anamın ölümündən sonra pis əməllərə tövbə etmişəm, Allah məni bağışlayarmı?

    19.03.2019
Sual: 
Salam .men cox boyuk gunahlar elemisem.qumar oynamisam.yalan danismisam .ogurluq elemisem.basima gelmeyen pis hadiseler demek olar qalmayib .omrumun bir cox hissesini borc xerc icinde kecirmisem.basima gelen son hadise anam menim bu hereketlerimden tesirlendi dunyasini deyisdi .o gunden stress icinde yasayiram ozumu gunahkar bilirem.destemaz alib mescidde tovbe elemisem Allaha yalvarmisam ki gunahlarimi bagislasin.tovbe elediyim gunden beri o sadaladigim weylerin hec birini tekrar etmemisem.goresen Allah meni bagislayar ?
Cavab: 
Və aleykum Salam. Allaha dua edirik ki, ananıza rəhm edərək Cənnətə daxil etsin. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan peşman olaraq və bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!". (əl Furqan, 68-71).
Həmçinin, rəvayət edilir ki, bir kişi Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Rəsulu buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Rəsulullah buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" deyə-deyə gözdən itdi". 
Günahlardan da yalnız Allaha itaət etməklə çəkinmək olar. Bu itaətin ən başlıcası isə namazdır. Həmçinin, Allaha çoxlu dua edin ki, Allah sizi günahlardan təmizləsin. Allahı çoxlu zikr edin, günaha aparan əməllərdən və insanlardan uzaq durun. Ananız üçün də Allaha çoxlu dua edin, onun əvəzinə tez-tez sədəqə verin və digər xeyirli əməllər edin. Allah Təala buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). Daha ətraflı:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Paylaş: