Sevdiyim oğlanın istəmədiyim halda məni öpməsi günahdırmı?

    28.04.2019
Kimdən: 
Allahin qulu
Sual: 
Salamun aleykum size bir sual vermek isdeyrem menim sevdiyim oglan var biz bir birmizi sevirdik bir gun goruwduk uzr isdeyrem ifademe gore o meni opdu amma men icaze vermirdim amma o mecbur edib opdu meni uzr isdeyrem ifademe gore biz indi ayrilmwg amma menim vicdanim rahatlamr biz gorwmeymiz gunahdi xaiw cavablandirasiz Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Naməhrəm qızla oğlanın yazışması, görüşməsi, bir birinə toxunması, öpməsi və s. hamısı günahdır. İslamda sevgi, sevib-sevilmək ancaq ciddi şəkildə ailə qurmaq niyyəti ilə olmalıdır. Bunun üçün də qıza kənardan baxmaq, xoşuna gəldikdə isə qızın böyüklərindən icazə alaraq, onların olduğu bir yerdə kənara çəkilərək söhbət etmək olar. Bu cür görüş bir neçə dəfə ola bilər. Bundan sonra isə qərara gələrək ya qıza evlilik təklifi edilməli, ya da münasibətə son qoyulmalıdır. 
Qızla oğlanın təklikdə görüşməsi və ya danışması isə zina kimi həlakedici günahla nəticələnə bilər. Daha ətraflı: Sevgililər bir-biri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?
Paylaş: