Ali İmran surəsində qeyd etdiyim söz nə üçün qadın cinsində işlənib?

    28.04.2019
Kimdən: 
lalende
Sual: 
ali imran suresi144-de خلت sözü niye müzekkerde deyil müennesde işlenib
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər... - وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ - Va mə Muhəmmədun illə rasuulun qad xalət min qablihir-rusul...". (Ali İmran, 144).

Ərəb dilinin qrammatika qaydalarına görə isimlər cəm halında gəldikdə müənnəsə (qadın cinsi) keçir. Ayədə də "الرسل - ər-rusul - elçilər" sözü cəmdə gəldiyi üçün ondan əvvəlki qeyd etdiyiniz "خلت - xalət - gəlib getmişlər" feli də müənnəsləşib.

Paylaş: