Müşriklər Kəbəni lüt təvaf edərdilər - əl-Əraf surəsi 31 – ci ayə

    03.02.2019
يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

 
“Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir”
 

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ كَانَتْ الْمَرْأَةُ تَطُوفُ بِالْبَيْتِ وَهِيَ عُرْيَانَةٌ فَتَقُولُ مَنْ يُعِيرُنِي تِطْوَافًا تَجْعَلُهُ عَلَى فَرْجِهَا وَتَقُولُ الْيَوْمَ يَبْدُو بَعْضُهُ أَوْ كُلُّهُ فَمَا بَدَا مِنْهُ فَلَا أُحِلُّهُ فَنَزَلَتْ هَذِهِ الْآيَةُ {خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ}

 
Rəvayət edilir ki, İbn Ab­bas (Allah ondan razı olsun) demişdir: “Cahiliyyə dövründə qadın Kəbənin ətrafında lüt təvaf edər və de­yərdi: “Kim mənə təvaf etmək üçün libas verə bilər?” Sonra o, libas ilə fərcini[1] örtər və deyərdi: “Bu gün onun bir hissəsi, ya hamısı görünəcək, görünən tərəfi haram ediləcək”. Uca Allah da bu ayəni nazil etdi: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin…” (əl-Əraf, 31)”.
 
Muslim, 5353, 7736; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 14506, 14567.

 
[1] Qadın cinsiyyət orqanı.