Məndən ətir istəyən şəxs bunu günah iş üçün istəyirsə, yalandan "yoxdur" deyə bilərəmmi?

    28.04.2019
Sual: 
As'Salamu Aleykum, etir vurmaq Peygember sunnelerinden biridir bes bir nefer kiwi bizden etir istedikde (sirf namehremlerin diqqetini celb etsin) bele insana demek olar ki etir yoxdu ustumde? (amma etir demek olar ki her zaman ustumde olur) yani yalan daniwmaq olar bele olan halda?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz halda yalan danışmağa icazə verilmir, çünki, yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzab, 70).
Peyğbəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır". (əl-Buxari "Ədəbu-l-Mufrad", 386).
Yalan danışmağın icazəli olduğu üç hal vardır: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri istisnadır. Bunlardan qeyri danışılan yalan dinimizə görə böyük günahlardan hesab olunur. Həmçinin oxuyun: Yalan danışmaqdan çəkinin!

Paylaş: