Ərim namazı tərk edərək böyük günahlar etməyə başlayıb, onu necə haqqa dəvət edim?

    13.05.2019
Sual: 
Assalamu aleykum size bir sualım var.Menim yoldaşim çox yaxşi insandi 8 ildi namaz qilir 5 ildiki aileliyik 3 uşagmiz var elmi var dini cehetden o her şeyi bilir Allahin dinini son 1 ildi cumelere getmir namazini gunde bir defe evden çixanda qilir cahillerle oturub durur siqaret çekir baş halandirici şeylere edir mende bilirüm bunlari o hür defe duzelmek istediyni deyir tobe edir amma alinmir yene o insanlarla goruşur bu işleri gorur işleride çox pisdir çox miqdarda pul itirdi borca duşdu bunan sonra bele oldu men bacarmiram ne edim ona devet estemde başa duşur men çox deyendede pis olur o menede çox Allahin qanunlarni bilir o her namazi mesçite gederdi gece namazlarni sunnetlerni qilardi.
Cavab: 
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Siz yoldaşınızın islah olması üçün Allaha dua edərək dəvət etməkdə davam edin və ona günahlardan çəkinib imanını artırmasında şəriətin buyurduğu yolları göstərin. İman itaətlə artır və asiliklə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Paltar köhnəldiyi kimi, iman da köhnələr. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim "əl-Mustədərk", 5).
İlk növbədə özünüz imanınızı artırın, dini öyrənmək, çoxlu ibadət etmək və xeyirli əməllərlə ona nümunə olun. Kefinin yaxşı olduğu vaxtlarda ona ümumən din haqqında, həmçinin yeri düşdükcə etdiyi günahların şiddətli cəzası haqqında ayə və hədisləri çatdırın. Bundan əlavə pis dostlardan uzaqlaşaraq möminlərlə oturub-durmasını, məscidə getməsini nəsihət edin. Daha ətraflı:
Paylaş: