Sirrimin açılmaması üçün necə dua edim?

    06.05.2019
Kimdən: 
Usya
Sual: 
Salam.Mən hər dəqiqə Ayətəl-Kursu oxuyub Allaha dua edirəm hərkəsdən gizlətdiyim birşey var onu heçkim öyrənməsin deyə dua edirəm 15-20 dəqiqə ara keçir yenə başlayıram dua etməyə mənə elə gəlir ki etməsəm əyər hərkəs öyrənəcək o gizlətdiyimi nədəndibu? Həqiqətəndə belədimi əyər hər dəqiqə dua etməsəm öyrənərlərmi? Bundan necə azad ola bilərəm ? Birdə ismi əzəm duası var.İsmi əzəm duası haqqında məlumat verə bilərsiz mümkünsə tərcuməsinidə yazsaz sevinərəm.
Cavab: 
Və aleykum Salam.
1. Hər hansı bir sirri qoruyub saxlamaq üçün Ayətul-Kursi oxunmur. Ancaq sirrin qorunub saxlanması üçün ümumi şəkildə öz sözlərinizlə dua edə bilərsiniz. Şəriətdə bildirilən əməlləri edərək Allaha dua etsəniz, Allah izn vermədikcə də heç kim sirrinizi öyrənə bilməz. Lakin, bunun üçün hər 15-20 dəqiqədən bir dua etmək artıq şeytanın vəsvəsəsidir. Vəsvəsə şeytanın üsullarındandır, bununla mübarizə aparmaq yox, əhəmiyyət verməmək lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: