Körpə öldükdən sonra valideynləri boşanarsa, yenə də Qiyamət günü onlara şəfaət edəcəkmi?

    27.05.2019
Kimdən: 
A.s
Sual: 
Ailede usaq dogular ölübse o cennete girmemisden evvel ata anasi isteyir Bes eger usaq ölenden sonra ata ana bosanirsa onda o usaqla birlikde hansi valideyni girir?
Cavab: 
Salam aleykum. Körpə vəfat etdikdən sonra onun valideynləri boşansa belə, bunun axirətdəki şəfaətə bir maneəsi olmayacaq. Körpələr günahsız olduqları üçün Cənnətə sorğu-sulasız girəcəklər və Qiyamət günü hər iki valideyni üçün şəfaət edəcəklər. Səhih rəvayətlərə görə ölmüş körpələr, qiyamət günü cənnətin qapısında dayanıb, valdieynləri ora girənə qədər onlar üçün şəfaətçi olacaqlar. Daha ətraflı:
Paylaş: