Xoşuna gələn qadına yaxınlaşıb evlilik təklif etmək və ya ona söz göndərmək olarmı?

    30.07.2019
Kimdən: 
Bbb
Sual: 
Əssələmu Aleykum xoşladiğin bir qadina yaxinlaşib ona söz deməy və yaxud söz göndərməy dogrudur yəni fitnə yaratmadan?
Cavab: 
Və aleykum Salam. Əgər məqsəd ailə qurmaqdırsa, bu zaman qadının vəlilərinə (atasına, qardaşına, əmisinə və s.) müraciət etmək lazımdır. Və yaxud  kişi tərəfdən bir qadın (anası, bacısı və s.) qadına yaxınlaşıb bu barədə onunla danışmalıdır, və ya oğlan tərəfdən bir qadın qızın evinə gedib onun anası ilə söhbət etməlidir. Belə etmək kişinin fikirlərinin ciddi olduğuna dəlalət edir. Həmçinin qadına və onun ailəsinə hörmət əlamətidir. Birbaşa qadının özünə yaxınlaşmaq isə həm şəriət tərəfindən qadağandır, həm də qadında kişiyə qarşı pis zənn yarada bilər. Həmçinin oxuyun:
Paylaş: