7 ay ərzində nişanlı qalmaq olarmı?

    18.05.2019
Sual: 
As salam aleykum. 7 ay nişanlı kebinli qalmaq günah sayılır? evliliye heleki imkan yoxdu ona göre bu müddet erzinde nişanlı qalma isteyi var iki terefinde.
Cavab: 

Və aleykum Salam. Müəyyən müddətdə nişanlı qalmaq günah sayılmır. Lakin kəbin olmazsa, nişanlılar bir-birlərinə naməhrəm olduqları üçün özlərini harama düşməkdən qorumalıdırlar. Habelə, evlənməyə imkan olduğu halda və digər zəruri səbəblər olmadan nişanlılıq dövrünü uzatmaq bəyənilmir.

Paylaş: