Müalicə məqsədilə donuz piyi yemək olarmı?

    18.05.2019
Sual: 
Sala donuz piyi yemey xestely uçun hekim deybdi dermanlarla daha tesrlidi yemey olarmi? 2_3 aylığına
Cavab: 

Salam aleykum. Uca Allah haram qidaları yeməi bütün hallarda haram buyurmuşdur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi". (əl-Maidə, 3).

Haram şeylərlə müalicə olunmaq olmaz. Səhih hədislərin birində belə buyurulur: "Allah Təala, haram olan şeylərdə sizə şəfa yaratmamışdır". (Səhih əl-Buxari).

Həmçinin, Tariq ibn Suveyd əl-Cufi (Allah ondan razı olsun) Peyğəmbərdən araq haqda soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu ona qadağan etdi və ya onu düzəltməyi bəyənmədi. Tariq dedi: "Mən onu müalicə üçün düzəldirəm!" Peyğəmbər belə buyurdu: "O dərman deyildir. Lakin o, xəstəlikdir!" (Səhih Muslim, 1948, 5256).
Siz də digər dərmanlardan istifadə etməlisiniz, çünki Uca Allah hər bir xəstəliyin dərmanını da yaradıb. Peyğəmbərimiz buyurub: "Hər bir xəstəliyin bir dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa, Allahın izni ilə Şəfa tapar". (Səhih Muslim, 2204).
Əbu Dərdanın (Allah ondan razı olsun) rəvayətinə görə isə Peyğəmbərimiz belə demişdir: "Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hər dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Davud, 3874; əl-Albani, "ət-Tə'liqatur-Radiyyəti alər-Ravdatin-Nədiyyəti", 3/154). Həmçinin oxuyun:

İslam fiqhi: QİDALAR bölümü

Haram qidalar

Paylaş: