Uşağı çox öpmək olarmı?
Və aleykum Salam. Allah övladınızı sağlam, salehlər bəndələrdən və valideynləri, cəmiyyətimiz üçün də faydaları kəslərdən etsin! Valideynin övladlarına qarşı mərhəmətli, qayğıkeş olması, onları əzizləməsi və onlara əziyyət verməyəcək dərəcədə öpüb-qucaqlaması savab əməllərdəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir dəfə nəvəsi Həsəni (Allah ondan razı olsun) öpərkən yanında oturan əl-Əqra ibn Həbis ət-Təmimi adlı bir nəfər onu görmüş və belə demişdir: "Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm". Peyğəmbər ona belə dedi: "Mərhəmət etməyənə mərhəmət olunmaz!". (əl-Buxari, 5651-5997; Muslim, 2318).
Bədəvilərdən bir nəfər Allah Rəsulunun yanına gələrək belə dedi: "Siz uşaqlarınızı öpürsünüzmü?, biz uşaqlarımızı öpmürük! Allah Rəsulu belə cavab verdi: Uca Allahın sənin qəlbindən mərhəmət hissini götürübsə, mən nə edə bilərəm?!" (Səhih əl-Buxari, 5652).
Həmçinin, bir nəfər peyğəmbərimizin yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da onun qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) önünə qoydu. Bunun müqabilində aləmlərə rəhmət olan peyğəmbərimiz belə dedi: "Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin!" (Səhih Muslim; Sunən ət-Tirmizi; İmam Əhməd "Musnəd" kitabı).