İmam Hüseyni yuxuda görmək necə yozulur?

    29.03.2014
Kimdən: 
Hüseynov Rəhbər
Sual: 
Salam aleykum. Men hemishe yatanda dini yuxular gorurem. Amma retki-retki gorurem. Bir gun dini yuxu gordum yuxuda elimde yashil rengde parcha var idi. Parchanin ustune qara heriflerden Huseyn yazilmishdi. Bu ise imam Huseyinin adi idi ve men hemen parchani elimde tutmushdum ve kimise Huseynim vay oxuyurdu. Siz deye bilersiz bu neye isharedi xahiş edirem sualimi cavablandirin. Bu mene chox vacibdir. Evvelceden teshekkurler.
Cavab: 

Aleykum salam. Tez-tez dini yuxular görən adam namaz qılmalı və Allaha itaətini artırmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz". (əl-Buxari, 6985).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxuları yozardı və yuxuları xeyirə yozmağı buyurardı. Yuxunun dəqiq yozumunu isə hər adam edə bilməz. Bunu yalnız İslam elmini dərindən bilən və yuxu yozumunu bilən adam edə bilər. Daha ətraflı buradan oxuyun: Yuxu haqqında

Teqlər: 
Paylaş: