Ölümcül xəstəliyə tutulan insanın yanında nə haqda danışmaq yaxşıdır?

    30.03.2014
Kimdən: 
Şəhla Əliyeva
Sual: 
Salam aleykum. Mənim bir qohumum var. Gəncdir. Xərçəng xəstəliyindən əziyyət çəkir. Bu yaxınlarda həkimlər dedilər ki, götürün aparın evə və ölümünü gözləyin. İndi istəyirik ki, gedib onu ailəmlə ziyarət edək. Belə insanın yanında din baxımından nədən danışmaq daha məsləhətdir? Xahiş edirem ki, geniş çəkildə cavab veresiz.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə xəstə ziyarətinə gedərkən xəstənin yanında yaxşı şeylər haqqında danışmaq lazımdır. Xəstənin yanında xəstəlik haqda çox danışmaq, pis sözlər söyləmək və qorxulu şeylər haqda danışmaq olmaz. Həmçinin, ölümcül xəstəliyə tutulan adamın İslamdan xəbəri yoxdursa, ona ümumi olaraq İslam haqqında, Uca Allahın təkliyi, "Lə İləhə İllallah" (Allahdan başqa haqq tanrı yoxdur) kəlməsi və onun fəziləti haqqında, Uca Allah Təalanı xatırlamaq və Uca Allahın rəhmətinə ümid bağlayacaq məsələlər haqqında danışmaq daha münasib olardı. Həmçinin, ölüm anında insana "Lə İləhə İllallah" kəlməsini söylətdirmək lazımdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Kimin son kəlamı "lə iləhə illallah" olarsa, Cənnətə girər".  

Teqlər: 
Paylaş: