Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?

    29.03.2014
Sual: 
Salam aleykum. Oruclu iken bilmeyerekden agiza nese qoymaq orucu batil edirmi?
Cavab: 

Və aleykum Salam. Oruclu ikən bilmədən nəsə yemək və ya içmək orucu batil etmir. Belə ki, hədislərdən birində Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) belə rəvayət olunur: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir". (əl-Buxari, 1923).

Teqlər: 
Paylaş: