əl-Ənfal surəsi 75 - ci ayə

    13.04.2019
وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَئِكَ مِنْكُمْ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

 
“Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir
   

عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : آخَى رَسُولُ اللهِ صلى الله عليه وسلم بَيْنَ أَصْحَابِهِ ، وَوَرَّثَ بَعْضَهُمْ مِنْ بَعْضٍ حَتَّى نَزَلَتْ : {وَأُولُو الأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ} فَتَرَكُوا ذَلِكَ وَتَوَارَثُوا بِالنَّسَبِ.

    
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi – sallallahu aleyhi və səlləm - sə­habələri (məkkəlilərlə mədinəli­lər) arasında qardaşlıq əlaqəsi yaratdı və bun­dan sonra onlar bir-birinə varis oldular. “Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar…” (əl-Ənfal, 75) ayəsi na­zil olduqdan sonra bu vərəsəlik tərk olundu və yalnız qohumlar bir-birlərinə varis olaraq qaldılar».

ət-Tayəlisi “Musnəd” 2798; əl-Beyhəqi “Sunənul-Kubra” 12309, 12907; əş-Şəukəni “Fəthul-Qadir” 3/213. əl-Heysəmi, əl-Hakim, əz-Zəhəbi və Muqbil səhih olduğunu bildirmişdir.