Allahdan ümidi üzmək günahdırmı?
Aleykum salam. Uca Allahın rəhmətindən ümidi kəsmək küfr kimi böyük günahlardan hesab olunur. Allahdan ümidlərini yalnız kafirlər üzərlər. Uca Allah Qurani Kərimdə buyurur:
"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (əz Zumər, 53).
Yuxarıda deyilənlər Allahın bağışlamasından ümidi üzməklə bağlıdır. Uca Allah buyurur:
"Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir". (Yusuf, 87).
Ümumən ümidi üzməyə gəlincə Uca Allah Qurani Kərimdə İbrahim peyğəmbər haqda buyurur:
"Onlara İbrahimin qonaqları barəsində də xəbər ver. O zaman onlar İbrahimin yanına daxil olub: "Salam!"– dedilər. İbrahim: "Biz sizdən ehtiyat edirik!"– dedi. Mələklər: "Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!"– dedilər. İbrahim dedi: "Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?" Onlar dedilər: "Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!" İbrahim dedi: "Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?" (əl-Hicr, 51-56).
Həmçinin bu məqaləni oxuyun: Səbir edənləri müjdələ!