əl-Muminun surəsi 76 - cı ayə
وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
“Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar”
عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ أَبُو سُفْيَانَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا مُحَمَّدُ ، أَنْشُدُكَ اللَّهَ وَالرَّحِمَ ، فَقَدْ أَكَلْنَا الْعِلْهِزَ ، يَعْنِي الْوَبَرَ وَالدَّمَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ}.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əbu Sufyən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Məhəmməd! Səni Allaha və qohumluq əlaqəsinə and verirəm! De görək yediyimiz ilhiz (dəri və qan) barəsində nə deyə bilərsən. Uca Allah da bu ayəni nazil etdi: “Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar” (əl-Muminun, 76)”.
ən-Nəsəi “Sunənul-Kubra” 11289, 11352; ət-Tabəri “Cəmiul-Bəyən” 25833. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişdir.