Əxlaqında qüsurlar olan oğlana yox dediyim üçün peşmanam, nə edim?
Və aleykum Salam. Siz və ailəniz əxlaqında qüsurlar olan oğlana imtina etməklə düzgün qərar vermisiniz, çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) evlənərkən dinə və əxlaqa diqqət yetirməyi buyurmuşdur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin...". (ət-Tirmizi). Onun xarici görünüşünün sizin xoşunuza gəlməsi heç də gələcəkdə yaxşı ailə başçısı olacağından xəbər vermir, bu məsələdə tək hisslərlə yox, şəriətlə və böyüklərin məsləhəti ilə qərar verilir. Zaman keçdikcə onu unutmağa çalışın, Qurani-kərimi, səhih hədisləri oxuyun, ibadət, zikr vasitəsilə şeytanın vəsvəsəsindən qorunmağa çalışın. Dualarla Allahdan xeyirli həyat yoldaşı istəyin və narahat olmayın. Həmçinin, oxuyun: İmanı artırmaq üçün nə etmək lazımdır?