Qiyamət günü Ərşin kölgəsi altında dayana bilərəmmi?

    30.03.2014
Sual: 
Salam aleykum. Menim 16 yashim var. Namaza ele ilk defe dunen bashladim. 14 yashimda namaz qilmaq isteyirdim, amma oyreden olmadi. Artiq men Qurani Kerimin de tercumesini oxuyuram ve namaz qiliram. Qiyamet gununde "Ərşin Kölgəsi" altInda dayana bilecem? Xahiş edirem cavab yazasız. Allah size yar olsun! Amin!
Cavab: 

Aleykum salam. Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”- deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi”. (Muslim, 1031). 
Siz inşallah ömrünüzün sonuna kimi bu şəkildə, yəni müsəlman olaraq iman üzrə Uca Allaha ibadətdə davam etsəniz, hədisdə qeyd olunan gənc kimi inşallah Ərşin kölgəsi altında dayananlardan biri olarsınız. Allah bizi o kəslərdən etsin! 

Paylaş: