əl-Ənkəbut surəsi 10 – cu ayə

    06.05.2019
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ

 
“İnsanların arasında: “Allaha iman gətirdik!”- deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
 

عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: " كَانَ قَوْمٌ مِنْ أَهْلِ مَكَّةَ أَسْلَمُوا، وَكَانُوا يَسْتَخْفُونَ بِالإِسْلاَمِ، فَأَخْرَجَهُمُ الْمُشْرِكُونَ يَوْمَ بَدْرٍ مَعَهُمْ، فَأُصِيبَ بَعْضُهُمْ وَقُتِلَ بَعْضٌ، فَقَالَ الْمُسْلِمُونَ: كَانَ أَصْحَابُنَا هَؤُلاَءِ مُسْلِمِينَ وَأُكْرِهُوا فَاسْتَغْفِرُوا لَهُمْ، فَنَزَلَتْ: {إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلاَئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ} إِلَى آخِرِ الآيَةِ، قَالَ: وَكَتَبَ إِلَى مَنْ بَقِيَ بِمَكَّةَ مِنَ الْمُسْلِمِينَ هَذِهِ الآيَةَ: لاَ عُذْرَ لَهُمْ، قَالَ: فَخَرَجُوا فَلَحِقَهُمُ الْمُشْرِكُونَ، فَأَعْطُوهُمُ الْفِتْنَةَ، فَنَزَلَتْ هَذِهِ الآيَةُ: {وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ} إِلَى آخِرِ الآيَةِ، فَكَتَبَ الْمُسْلِمُونَ إِلَيْهِمْ بِذَلِكَ، فَخَرَجُوا وَأَيِسُوا مِنْ كُلِّ خَيْرٍ، ثُمَّ نَزَلَتْ فِيهِمْ: {ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا مِنْ بَعْدِ مَا فُتِنُوا، ثُمَّ جَاهَدُوا وَصَبَرُوا، إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ}، فَكَتَبُوا إِلَيْهِمْ بِذَلِكَ: إِنَّ اللَّهَ قَدْ جَعَلَ لَكُمْ مَخْرَجًا، فَخَرَجُوا، فَأَدْرَكَهُمُ الْمُشْرِكُونَ فَقَاتَلُوهُمْ، ثُمَّ نَجَا مَنْ نَجَا، وَقُتِلَ مَنْ قُتِلَ "

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Bir dəstə Məkkəli İslamı qəbul etmiş və bunu müş­riklərdən gizlətmiş­di. Bədr döyüşü günü müşriklər onları özləri ilə getməyə məcbur etdilər. Onlardan bəzi­ləri bu döyüşdə yaralandı, bəziləri də öldü­rüldü. Müsəlmanlar: "Onlar bizim müsəl­man qardaşlarımız idi və bu döyüşə məcburiyyət qarşısında gəl­mişdilər"- deyib onlar üçün ba­ğışlanma dilədilər. Uca Allah da bu ayəni nazil etdi: Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir(ən-Nisa, 97). Səhabələr bu ayəni məktuba yazaraq Məkkədə qalan müsəl­manla­ra göndərib bildirdilər ki, onların orada qalması üçün heç bir üzür yoxdur. Onlar Mədinəyə hicrət etdikdə müşriklərlə rastlaşdılar və onla­rın fitnəsinə məruz qaldılar (və qayıtdılar). Uca Allah da bu ayəni nazil etdi: “İnsanların arasında: “Allaha iman gətirdik!”- deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?” (əl-Ənkəbut, 10). Müsəlmanlar bu ayəni də yazıb onlara göndərdilər. Bu dəfə onlar yenə də Məkkədən çıxdılar və hər bir xeyirdən ümidlərini üz­dülər. Uca Allah da bu ayəni nazil etdi: “Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir” (ən-Nəhl, 110). Müsəlmanlar bu ayəni də onlara yazıb Allahın onlara yol aç­dığını bildirdilər. Onlar Mədinəyə hicrət edərkən müşriklərlə rast­laşdılar və onlarla döyüşdülər. Onlardan bəziləri öldürüldü, bəzi­ləri isə qaçıb canını qurtardı”.
 
ət-Tabəri “Cəmiul-Bəyən” 22089; İbn Kəsir “Təfsir” 2/389. Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.