Cadu haqqında

    01.04.2014
Sual: 
Salam aleykum. Menim sualim caduyla baglidir. İslamda cadu deyilen elm varmi? Yoxdursa, bes niye cadu edirler? Men gulun dibini deyishende manqalin dibinden xeyli duyun vurulmuş sap ve dua tapdim. Bu cadu deyilmi? Bunu ne etmek olar? Onu niye edibler nedir onun menasi, heç özümde bilmirem. Bunu eden ve etdiren Allahdan qorxmurmu? Onu mundarlamaq olarmi?
Cavab: 

Aleykum salam. İslam dini cadu elmini öyrənməyə, cadu ilə məşğul olmağa və cadu etdirməyə qarşı çıxır və bunların hamısını şirk və küfr kimi böyük günah hesab edir. Cadu ilə məşğul olanları isə kafir hesab edir. Bəzi insanlar cadu ilə məşğul olduğu halda özlərini və şarlatanlıqlarını İslam dininə nisbət edirlər. Görürsən ki, bəziləri özləri dindar və xeyirxah göstərir, Quran açır, Allahı və Peyğəmbəri (salləllahu aleyhi və səlləm) sevdiyini iddia edir. Halbuki, onlar bununla ancaq öz azğınlıqlarını artırır və Uca Allahın qəzəbinə gəlirlər. Cadu onsuzda murdardır, onu murdarlamaq cadunun təsirini daha da artmasına yardım edə bilər. Cadu olunduqda nə cadunu, nə də cadu olunmuş insanı murdarlamaq olmaz. Cadu tapılıbsa, onu yandırmaq, cadu olunmuş insana isə Quran ayələri ilə ruqya oxumaq lazımdır. Daha ətraflı cavabı buradan oxuyun:
Sehr nədir?
Allahın kəlamı ilə müalicə

Teqlər: 
Paylaş: