Mənə "namaz qıl" deyildiyinə baxmayaraq namaza gec başlamağım bağışlanarmı?
Sual:
Salam. Mən 10 il əvvəl hərbi xidmətdə olanda sübh çağı yerimə uzandım.Uzandığım zaman bütün bədənim, səsim tutuldu. Yanımda yatan əsgər yoldaşımı nə çağıra nədə əllərimi qaldırıb oyada bilmirəm.Çox qorxdum.Bu zaman qulağıma namaz qıl sözü eşitdim. Birinci hazır deyildim deyə heçnə demədim, ikinci dəfə yenə namaz qıl dedilər və mən də dedim qılacam.Sonra səsimdə bütün bədənimdə açıldı. Namazı isə keçən il tövbə edib qılmağa başladım.O vaxtdan qılmamağıma görə çox peşmanam.Sizcə Allah günahımı bağışlayar?
Cavab:
Və aleykum Salam. Uca Allah günaha peşman olub səmimi qəlbdən tövbə edən hər bir qulunun günahını bağışlayır. Bundan sonra namazları vaxtında qılmağa çalışın və dində sabit olmaq üçün daim imanınızı artırın. Daha ətraflı: